Saatlı rayon Mərkəzi kitabxanası

Saatlı rayon MKS
Rayon haqqında
18 Mart , 2015
Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı Azərbaycan Respublikasında inzibati rayondur. 1943-cü il 25 mayda Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 30/21 nömrəli qərarına əsasən Saatlı müstəqil rayon kimi təşkil edilmişdir. 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı rayonu 1965-ci il yanvarın 14-də yenidən müstəqil rayon statusu almışdır. Saatlı rayonu Kür-Araz ovalığının mərkəzi hissəsində yerləşir. Sahəsi 1180,5 km2, əh. 92,3 min nəfərdir (01.01.2009). Mərkəzi Saatlı şəhəridir.
Rayona Saatlı şəhəri və Azadkənd, Varxan, Qarayevkənd, Mircəlal, Nəsimikənd, Şirinbəyli, Fətəlikənd, Xanlarkənd, Əlisultanlı, Potubəyli, Hacıqasımlı, Kamallı, Qaracalar, Gömuşçu, Seyidoba, Qara-Nuru, Qazanbatan, Qıraqlı, Bəylik, Mustafabəyli, Yeni Novruzlu, Məmmədabad, Əliabad, Genişkənd, Nərimankənd, Dəllər, Novruzlu, Musalı, Sarıcalar, Cəfərxan, Əbilkənd, Mollavazlı, Sımada, Günəşli, Bəylər, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli, Qaralar, Məzrəli, Naharlı, Soltanabad, Çolpı kəndləri daxildir.