Saatlı rayon Mərkəzi kitabxanası

Saatlı rayon MKS
Haqqımızda
18 Mart , 2015
        Hacağa Eynullayev adına  Saatlı  rayon Mərkəzi kitabxanası uzun illər rayonda  mədəni - maarif  və  məktəbdənkənar  tərbiyyə funksiyasını   yerinə  yetirən  ilk  mədəniyyət  müəssissəsi kimi  böyük  rol oynamışdır. Şəhərdə ilk kitabxana ilkin kitab fondu 4000 (dörd min nüsxə) olaraq  1949- cu ildə yaradılmışdır. Bu kitabxana  həm də  şəhərin ilk kitabxanası olmuşdur.
     Həmən dövrdə Saatlı qəsəbə kitabxanası 2 işçisi olan Saatlı qəsəbəsində PMK-a adlanan idarənin ərazisində açılmışdır.
      Rayon  kitabxanası  savadsızlığın ləğvi, insanların savadlanaraq  mariflənməsi, məlumatlanması  istiqamətində,  xüsusilə  yeni əlifbanın  öyrədilməsində, yeni  qəzet  və jurnalların  ucadan  oxudularaq  məlumatlandırılmasında  xeyli  iş  görmüşdür. Bu illərdə  kitabxananın xidmətindən  il ərzində 1500- yaxın müxtəlif oxucu qrupları istifadə etmişdir.
        Uzun illər  heç bir normal şəraiti olmayan Mərkəzi rayon kitabxanası müxtəlif  ünvanlarda   fəaliyyət  göstərmişdir.
     Lakin  insanların mütaliəyə  və kitaba   artan  ehtiyaclarını  nəzərə  alaraq, Saatlı rayon İcrayyə Komitəsinin Qərarı  ilə 1969-cu ildə Mərkəzi  rayon kitabxanası  üçün, 1978- ci ildə isə  Uşaq kitabxanası  üçün  birtipli  lahiyyə əsasında  öz  dövrü  üçün  geniş  iş otaqları  və 2  oxu  zalları olan   yaraşıqlı bir bina  tikilib istifadəyə  verilmişdir.
         Sovet İttifaqı Komunist Partiyası  Kitabxanaların cəmiyyətdəki  rolunu  nəzərə alaraq 1974-cü ilin  may  ayının 8-də “Zəhmətkeşlərin  komunist  tərbiyyəsində  və elmi texniki  tərəqqidə kitabxanaların rolunu”  artırmaq   barədə Qərar  qəbul etmişdir. Bu qərarın  kitabxanaların  inkişafında  müstəsna  əhəmiyyəti olmuşdur. Belə ki, kitabxanaların  müxtəlif  idarələrə məxsus  olması  və   pərakəndə  fəaliyyətinin  qarşısını  almaq  üçün  kitabxanaların  dövlət  səviyyəsində  mərkəzləşdirilməsi  işi  həyata  keçirilməyə  başlanıldı. Bu zaman kitabxanalara  əlavə  ştat  vahidlərinin  verilməsi, nəqliyyatla  təminat, rabitə sistemi,  inventar - avadanlıqlarla  təminat  yaxşılaşdırıldı, oxuculara  maksimum  şəkildə  xidmət  yeni  iş üslubları  ilə xidmət  təşkil  edildi. Həmən dövrdə  rayonun bütün kolxoz və sovxozlarında,  ferma və tarla  düşərgələrində   əhaliyə biləvasitə  iş  üstündə  səyyar üsulla xidmət  olunmağa  başlanıldı. Saatlı rayon Mərkəzi  kitabxanasının Mərkəzləşdirilməsi işi 1976- ci ildə  başa  çatdırılmışdır.
         Müstəqillik illərində  də  Nazirlər Kabineti  1996- cı ildə  “Azərbaycan Respublikasında Kitabxana işinin vəziyyəti və onu yaxşılaşdrmaq tədbirləri haqqında“ qərarı olmuş, klitabxanalar  üçün kitab təhcizatı  xeyli  yaxşılaşmışdır.
    1999-cu ildə “Kitabxana işi haqqında“  Azərbaycan Respublikasının Qanunu qəbul  edilmişdir. Bu Qanunun  qəbulundan  sonra  əvvəllər  kitabxana binalarına olan  münasibət  dəyişildi, kitabxanların  özəlləşdirilməsi işi  dayandırıldı, dövlər  səviyyəsində  onların  hüquqlarının   qoruması  üçün hüquqi  təminatlar  yaradıldı. Lakin kitabxanaların fondları  vəsait  həcminin  azalması  səbəbindən  durmadan  azalmağa  başlanılmışdı. Belə bir  vəziyyət  ölkə  başçısının  nəzərindən  qaçmamış,  Azərbaycan Respublikası Prezidenti  “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 2004- cü ilin  27 dekabr  tarixində tarixi bir Sərəncam imzalamışdır. Sərəncama  əsasən, kitabxanalarda kitab fondunun yenilənməsi, bütün dünya  və  Azərbaycan klassiklərinin  əsərləri  çap olunaraq  ölkə kitabxanalarına  pulsuz  olaraq  hədiyyə olunmuşdur. Hazırda  Saatlı rayon Mərkəzləşdirilmiş kitabxana sisitemində  də   müxtəlif  elm  sahələrinə  aid 70 minə yaxın  latın qrafikalı  ədəbiyyatlar  vardır. Bu miqdar hər il artmaqdadır.
Ölkəmizdə kitabxana işinin inkişafına  ”Azərbaycan Respublikasında kitabxana – informasiya  sahəsinin 2008- 2013- cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi mühüm təkan vermişdir.Belə ki,Mərkəzləşdirilmiş Kitabxana sistemində  oxucuların kitabxanalardan istifadəsini  asanlaşdırmaq  üçün  yeni  informasiya  texnologiyalarının  tətbiqinə başlanılmışdır. Mərkəzi rayon kitabxanasının  VEB  saytı  yaradılmış,  ildən- ilə kompüter  texnikası çoxalır,  iş üslübu  yeni modellər  üzəridə  qurulur. Təkcə onu  demək kifayətdir ki,  2014- cü  ildə Mərkəzi rayon kitabxaasına 20 - yaxın kompüter  dəsti, surətçıxaran  aparatlar, vidiokamera, musiqi mərkəzi, fotoaparat   və  digər  texniki vasitələr  alınmışdr.
       2012- cu ildən Mərkəzləşdirilmiş Kitabxana  sisiteminə İRBİS-64 proqramı alınaraq  quulmuşdur. Hazırda  70 - minə  yaxın  ədəbiyyatın elektron kataloqu  yaradılmışdır.       
    Fondumuzda  500- yaxın  elektron  nəşrlər  vardır.
    2014- cü ildə  Saatlı  rayonunda 1 Mərkəzi rayon, 2 şəhər  və  53 kənd  kitabxana  filialı  fəaliyyət  göstərir.
  Hazırda Kitabxanada aşağıdakı  şöbələr  fəaliyyət  göstərir.
1. Oxuculara  xidmət  şöbəsi
2.Komplektləşdirmə  və kitabişləmə şöbəsi
3.Metodika  və  biblioqrafiya şöbəsi
4.Kitabxana - biblioqrafiya  proseslərinin  avtomatlaşdırılması
5. İnformasiya -  resurs
6.Uşaq  şöbəsi
       2014- cü ildə Mərkəzləşdirilmiş Kitabxana sisiteminin fondu 355-min 897 nüsxə olmuşdur. Mərkəzi ayon kitabxanasının  isə 46676  nüsxədir.
2010- cu ildə Mərkəzləşdirilmiş kitabxana  sisiteminin  xidmətindən 47546-  nəfər, 2011- ci ildə 47686-  nəfər, 2012- ci ildə  31667- nəfər, 2013- cü  ildə isə 31214- nəfər  oxucu  istifadə  etmişdir.
        Mərkəzi rayon Kitabxanası 1980 - cı ildə  SSRİ Mədəniyyət Nazirliynin  diplomu  ilə təltif edilmişdir.
   1977 - ci ildə  Mərkəzi rayon Kitabxanası Böyük Oktyabr Sosialist inqilabının (1917- 1977)  60 – illiyi ilə  əlaqədar   ümumittifaq  baxış müsabiqəsində  diplomla təltif edilmişdir.
   Mərkəzi rayon kitabxanasının işçilərindən  kitabxanın metodisti Əliş Abasov, kitabxananın   ilk direktoru,  sonralar   Kitabişləmə və komplektləşmə  şöbəsinin müdiri  Fərəməz Axundova Azərbaycan  SSR Mədəniyyət Nazirinin  Fəxri fərmanı ilə,   MKS- nin 2 saylı Qırağlı  kitabxanasının  müdiri Ehtiram  Mirzəyev  Vladimir  İliç Leninin anadan olmasının 110- illiyi ilə  əlaqədar  diplomla,  uzun illər Mərkəzləşdirilmiş Kitabxana sisteminin  direktoru  işıəmiş, hazırda  MKS-nin direktor müavini işləyən  Paşayev Adil Məcid oğlu  SSRİ Mədəniyyət  Nazirliyininin,  Azərbaycan SSR Mədəniyyət Nazirinin,  Azərbaycan  SSR Ali Sovetinin,   Azərbaycan  SSR  Lenin Kommunist Gənclər ittifaqı Mərkəzi komitəsinin fəxri fərmanı,  Mərkəzləşdirilmiş Kitabxana sisteminin  hazırki direktoru Sakit  Bağırov  Azərbaycan  Həmkarlar İttifaqı Konfederasiyasının diplomu,  Respublika ziyalılar  cəmiyyətinin    və   Mədəniyyət və Turizm Nazirliyinin  orqanı  olan Mədəni- maarif işi jurnalının  ,,Şərəf  Diplomu” və  bir  çox  Cəmiyyətlərin  fəxri - fərmanları  ilə təltif olunmuşlar.
      Mərkəzi  rayon kitabxanası , o cümlədən,   ayrı- ayrı  kitabxanalar haqqında  qəzetlərdə  və  jurnallarda müsbətyönümlü,  müxtəlif  səpkili  materiallar  verilmişdir.  Saatlı rayonunda  çıxan  ,, Dönüş ” ,  ,,Sərbəst  Düşüncə”,    ,, Mədəni- Maarif ” ,, Mədəniyyət  və digər qəzet və   jurnallarında    yazılar verilmişdir. 2011- ci ilin Mədəni – maarif  jyrnalının  6- cı nömrəsində  ( səhifə -43)  Saatlı rayon Mərkəzləşdirilmiş  Kitabxana  Sistemi  ilə bağlı  yazı verilmişdir.
       Mərkəzləşdirilmiş Kitabxana  Sistemində  əlamətdar və tarixi günlər, yazıçı və şairlərin   yubileyləri, eləcə də  milli bayramların  müxtəlif  tədbirlərlə  qeyd olunması  bir  ənənə  halını  almışdır.   Bu  tədbirlərin  bəziləri  kasetə  köçürülmüşdür.
     Mərkəzi rayon kitabxanasının 2013- cü ildə bukleti hazırlanmış və buraxılmışdır.Ənənəvi olaraq hər il  rayonda  “ Kitab bayramı “   keçirilir.
Mərkəzləşdirilmiş kitabxana sisiteminin nəzdində  “Uşaq teatr birliyi” fəaliyyət göstərir. Bu birliyə, respublikanın “Əməkdar mədəniyyət işçisi”,  Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti Mehdi Mehdizadə rəhbərlik edir. Teatr birliyinin üzvüləri əlamətdar və tarixi günlərdə  müxtəlif  Uşaq yazıçı və dramaturqlarının əsərlərini tamaşaya qoyaraq  oxucular qarşısında maraqlı proqramlarla çıxışlar edirlər.
  Kitabxana Saatlı şəhəri,  Heydər Əliyev  prospekti -146 ünvanda  fəaliyyət  göstərir. Mərkəzləşdirilmiş kitabxana  sisteminə 1990- cı ildən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq   fakültəsinin məzunu  Bağırov Sakit  Ziyad oğlu rəhbərlik  edir.

 

Kitabxananın direktorunun qəbul  günləri:    I - V günlərdir

Veb Sayt:                                                               Saaly@cls.az

Kitabxananın elektron ünvanı :                        bagirov.1956 mail.ru

Kitabxananın telefonları:                                   Mərkəzi kitabxana-(02128) 5-22-60.

                                                                                 Uşaq kitabxanası- (02128) 5-41-84.