Saatlı rayon Mərkəzi kitabxanası

Saatlı rayon MKS
Xəbərlər
17 May , 2015
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci ilin birinci yarısı üçün iş planının 6.41 bəndinin icrası ilə əlaqədar F.Köcərli adına Respublika Uşaq Kitabxanası 15-16 may tarixində Uşaq kitabxanalarında “Nağıl otaqları"nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı "Uşaq dünyasında kitabxananın rolu” adlı seminar məşğələ keçirmişdir. Seminar məşğələdə Saatlı rayon Mərkəzləşdirilmiş Kitbxana sisiteminin direktoru Sakit Bağırov, direktorun uşaqlara xidmət üzrə müavini Nəzakət Abasova və oxu zalının müdiri Rzayeva Lalə iştirak etmişdir.
Tədbir iştirakçıları F. B. Köçərli adına Respublika Uşaq Kitabxanasında yaradılmış Nağıl otaqlarına, habelə bu kitabxanada uşaq oxuculara göstərilən xidmət işinin vəziyyəti ilə tanış olmuşlar.Tədbirin sonunda xatirə şəkilləri çəkdirmişlər.