Saatlı rayon Mərkəzi kitabxanası

Saatlı rayon MKS
Tədbirlər
22 Sentyabr , 2016

22 Sentyabr 2016-cı il tarixində Saatlı rayon MKS-nin 28 saylı Molday kənd kitabxana filialında gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədilə , onlara hərbi vətənpərvərlik hisslərini aşılamaq məqsədi ilə “ Gənclərdə Azərbaycançılıq ideyalarının inkişafı” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə filial müdiri Validə Məmmədova açaraq bu mövzu ilə əlaqədar çıxış etdi. O qeyd etdi ki, müasir dövrdə həm Azərbaycan Dövlətinin , həm də azərbaycan xalqının qarşısında duran ən ümdə, ən mühüm məsələlərdən biri uşaqları, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, vətəninə, xalqa ləyaqətli övlad kimi yetişdirməkdir. Eləcə də biz mədəniyyət işçilərimin ,təhsil işçilərinin də üzərinə böyük vəzifələr qoyulur. Müntəzəm olaraq gəncclərlə vətənpərvərlik mövzusunda görüşlər keçirməliyik. Böyüyən hər bir gənc vətəninə, torpağına, dövlətinə bağlı bir övlad kimi yetişməlidir. Bu gün yaşadığımız Müstəqil Azərbaycan Respublikası öz azadlığı, istiqlaliyyəti, suverenliyi uğrunda gedən döyüşlərdə yüzlərlə şəhid verdi.Müharibə gedən bir ölkə olaraq hal-hazırda Azərbaycan Respublikasının vətənpərvər gənclərə,prezidentinə sadiq olan, ordu sıralarında sıx birləşən gənclərə ehtiyacı vardır.Əlbətdə,düşmən əsarətində qalan,işğal olmuş torpaqlarımızı geri qaytarmaq üçün, ölkəmizin ərazi bütövlüyünü möhkəmləndirmək üçün gənclərimizdə qəhrəmanlıq fədakarlıq hissləri güclü olmalıdır.Qəhrəmanlıq vətənpərvərlikdən doğur.Əziz məktəblilər, bu gün siz azad Müstəqil bir dövlətdə təhsil alırsınız , sizə bu müstəqilliy,bu azadlığı verən ulu öndər.Heydər Əliyev oldu, indi Azərbaycanda ulu öndərin yolunu, siyasətini davam və inkişaf etdirən cənab prezident İlham Əliyevdir.Ölkə başçısı gənclərə və onlarla aparılan işə xüsusi diqqət və qayğı göstərir." Tədbirdə kitabxanaçı Pərvanə Əliyeva, MKS- nin metodika və biblioqrafiya şöbəsinin müdiri, respublikanın əməkdar mədəniyyət işçisi Mehdi Mehdizadə, müəllim Şöhrət Qaraoğlu və digərləri çıxış etdilər.