Saatlı rayon Mərkəzi kitabxanası

Saatlı rayon MKS
Tədbirlər
8 Noyabr , 2017

          Tədbiri  açan MKS- nin direktoru  Sakit Bağırov  qeyd  etdi ki,   uzun illərdir xalqımız  bu günlərin həsrəti  ilə yaşamış  və nəhayət istəyinə nail olmuşdur.  Hər bir xalqın  varlığı  onun dilinin qorunmasında,  Bayrağının dünya  xalqlarının bayrağları   içərisində dalğalanmasındadır.  Sakit Bağırov həmçinin  qeyd etdi ki, bayraq, gerb, və himn hər bir ölkənin rəsmi dövlət atributları  sayılır. Azərbaycanın üçrəngli bayrağı  həm də müstəqilliyimizin təcəssümü olduğunu o vurğuladı. 

    Tədbirdə Sabirabad Regional Mədəniyyət  və Turizm İdarəsinin Saatlı rayonu  üzrə nümayəndəsi Şərqiyyə Şahpələndova, Respublikanın Əməkdar Mədəniyyət işçisi Mehdi Mehdizadə,  Mərkəzi Kitabxananın Uşaq  şöbəsinin müdiri   Nəzakət Abasova  da çıxış edib   bu mühüm tədbirin  əhəmiyyətindən danışdılar. Tədbirin sonunda kollektiv   üzvüləri  Bayraq meydanına  gedib  Tarix- diyarşünaslıq Muzeyi  və  Dövlət  Rəsm Qalereyasının  əməkdaşlarının   hazırladığları sərgiyə  baxmışlar 

Foto Qalereya