Saatlı rayon Mərkəzi kitabxanası

Saatlı rayon MKS
Tədbirlər
15 Yanvar , 2020

15 yanvar 2020- ci ildə Saatlı rayon Mərkəzi Kitabxana və Tarix- diyarşünaslıq Muzezi 20 Yanvar Faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.  Tədbirdə tarixçi Mirhadı Ağayev Sovet Qoşunlarının Azərbaycanda törətdikləri bu qanlı hadisələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. 20 yanvar faciəsi haqqında Tarix-Diyarşünaslıq muzeyinin direktoru Sürəyya Zeynalova, Gənclər və İdman İdarəsinin rəisi Ellçin Qiyasov, tarix müəllimi Elnur Hübbətov, MKS-nin direktoru Sakit Bağırov və digər natiqlər çıxış edərək, xalqımızın milli oyanışında bu faciənin əhəmiyyətini qeyd etdilər. Tədbirin sonunda 20 yanvar faciəsinə həsr edilmiş, film və sərgi nümayiş etdirilmişdir.

Foto Qalereya