Saatlı rayon Mərkəzi kitabxanası

Saatlı rayon MKS
Tədbirlər
30 Yanvar , 2020

30 yanvar 2020-ci il tarixində Saatlı rayon Mərkəzi kitabxanasında İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun (1910-1945) anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə MKS-nin müavini Həqiqət Həziyeva açmışdır.O, sərkərdənin keçdiyi döyüş yolu haqqında iştirakçılara ətraflı məlumat vermiş və qeyd etmişdir ki, qəhrəman sərkərdənin döyüş yolunun öyrənilməsi və təbliği gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. Tədbirdə kitabxananın əməkdaşlarından Vasif Dostəliyev, Amin Nəsirov,Şahnaz Əliyeva və başqaları çıxış etmiş və bildirmişlər ki, sərkərdənin döyüş yolu hər bir gənc üçün dəyərli bir nümunədir.Tədbirin sonunda film nümayiş olunmuşdur.

Foto Qalereya