Saatlı rayon Mərkəzi kitabxanası

Saatlı rayon MKS
Tədbirlər
3 Fevral , 2020

03 fevral 2020-ci il tarixində Saatlı rayon Mərkəzi kitabxanasında 2 Fevral -  Gənclər günü ilə əaqədar tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə MKS - nin direktoru Sakit Bağırov açmış və qeyd etmişdir ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsilə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.Tədbirdə həmçinin kitabxananın əməkdaşlarından Fuad Əliyev, Amin Nəsirov, Könül Əliyeva və başqaları çıxış edərək qeyd etdilər ki,bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut etməyə çalışır.Tədbirin sonunda Gənclər günü ilə bağlı yazılmış əsərlərdən ibarət sərgi nümayiş etdirilmişdir.