Saatlı rayon Mərkəzi kitabxanası

Saatlı rayon MKS
Tədbirlər
4 Fevral , 2020

04 fevral 2020-ci il tarixində Saatlı rayon Mərkəzi kitabxanasında görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti İstiqlal” və “Şərəf” ordenli Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.Tədbiri MKS-nin direktor müavini Həqiqət Həziyeva açmışdır.O, qeyd etmişdir ki,Polad Bülbüloğlu 1945-ci ildə Bakıda Azərbaycan görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (dahi Qara Qarayevin sinfi) bitirib.Öz bənzərsiz ifası ilə milli estrada sənətimizi zənginləşdirən Polad Bülbüloğlunun bəstələri içərisində ona ən çox şöhrət gətirən isə müəliifi və ifaçısı olduğu “Gəl, ey səhər” mahnısıdır. Bundan əlavə, “Doğma diyar”, “Şən Azərbaycan”, “Durnalar”, “Bayatılar”, “Vətən haqqında mahnı”, “Bakı”, “Məni gözlə”, “Gözəllər”, “Bənövşələr”, “Həsrətimsən” və digər nəğmələri Azərbaycan estrada mahnı irsinin parlaq nümunələri kimi bu gün də sevilir.  Kitabxananın əməkdaşlarından İradə Musayeva,Şahnaz Əliyeva,Dilbər Kərimova və başqaları bəstəkar haqqında danışmış və qeyd etmişlər ki,Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib, 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1982-ci ildə “Xalq artisti” fəxri adları, 2005-ci ildə “İstiqlal”, 2015-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

 

Foto Qalereya
Video Qalereya