Saatlı rayon Mərkəzi kitabxanası

Saatlı rayon MKS
Tədbirlər
21 Fevral , 2020

21 fevral 2020-ci il tarixində Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyi Mərkəzi kitabxana ilə birlikdə ”Beynəlxalq Ana dili” günü ilə bağlı tədbir keçirmişdir.Tədbiri Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova açmışdır.O, qeyd etmişdir ki, dil insanlar arasında ünsiyyət vasitəsi olmaqla yanaşı, fərdlərin dünyagörüşünün artmasında, mükəmməl təhsil almasında əsas vasitədir. Ana dili – hər bir şəxsin doğulduğu vaxtdan öyrəndiyi dildir. MKS-nin direktoru Sakit Bağırov bildirmişdir ki, doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Dil həm də hər bir xalqın milli kimliyidir.Tarixçi Mirhadı Ağayev, kitabxananın əməkdaşlarından Arzu Pənahova, Qətiyyə Fərəcova, İradə Musayeva və başqaları milli sərvətimiz olan Ana dili haqqında öz fikirlərini bölüşmüşlər.Tədbirin sonunda Ana dili haqqında yazılmış əsərlərdən ibarət sərgi nümayiş olunmuşdur.

Foto Qalereya