Saatlı rayon Mərkəzi kitabxanası

Saatlı rayon MKS
Tədbirlər
26 Fevral , 2020

26.02.2020-ci il tarixində Saatlı rayon Mərkəzi kitabxanasında “Xocalı – unudulmayan faciə” adlı tədbir keçirmişdir.Tədbiri giriş sözü ilə MKS-nin direktoru Sakit Bağırov açmışdır.O, Xocalı soyqırımı haqqında iştirakçılara geniş məlumat vermişdir.O, qeyd etmişdir ki, Xocalı soyqırımı insanlıq əleyhinə cinayət aktı kimi qəbul edilmişdir.  MKS nin direktor müavini Həqiqət Həziyeva çıxışında bildirdi ki, bu prossesdə ictimai məlumatlandırma, “Xocalıya ədalət!” kampaniyası, vətəndaş cəmiyyəti təşkilatlarımızın fəaliyyəti, diplomatik nümayələndəliklərimizin və diaspora təşkilatlarımızın fəaliyyəti çox önəmli xarakter daşıyır.Əsas məqsəd beynəlxalq müstəvidə Xocalının soyqırımı kimi tanıdılmasına nail olmaqdır.Xalqımız Xocalı qurbanlarının xatirəsini daim böyük ehtiramla yad edir.  Tədbirdə kitabxananın əməkdaşlarından Səbiyyə Mərdanova, Nəzakət Abasova, Azər Mərdanov və başqaları çıxış edərək soyqırım haqqında öz fikirlərini iştirakçılara çatdırdılar.Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı kitab sərgisi nümayiş olunmuşdur.  Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı sərgi nümayiş olunmuşdur.

Foto Qalereya